AZ

Digər ölkələrAlmaniyada casusluq edən Ermənistan vətəndaşının adı məlum olub - FOTO

Almaniyada casusluqda şübhəli bilinərək saxlanılan Ermənistan, Rusiya və Ukrayna vətəndaşlarının adları məlum olub.

“Report”un məlumatına görə, bu barədə Almaniya Federal Prokurorluğu xəbər yayıb.

Qeyd olunub ki, saxlanılan şəxslər Almaniyada bir ukraynalı haqqında məlumat toplayırmışlar.

Xüsusilə, şübhəlilər onların hədəfinə çevrilən Ukrayna vətəndaşının vaxt keçirdiyi kafedə olublar. Saxlanılan 3 nəfər istintaq təcridxanasına göndərilib.

Ukraynalının adı Robert A, rusiyalının adı Arman S, Ermənistan vətəndaşının adı isə Vardgesikdir.

Ermənistan KİV-ində dərc edilən məlumata görə, saxlanılan Vardgesik İrəvanda məşhur olan Vardgesik Monumentskidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
4
far.az

10Mənbələr