Sumqayıtda 10 günlük körpənin yanıq xəsarətləri aldığı hadisənin təfərrüatı bəlli olub.
Avtosfer.az xəbər verir ki, Sumqayıtda yaşayan ailənin dörd azyaşlı qız övladı var. Maddi durumları yaxşı deyil.
5 yaşlı qız bacısını qucağına alıb oynatmaq istəyib. Elə bu zaman qızın digər əlində olan qaynar çay körpənin boyun nahiyəsindən tökülüb.
***
19.06.2024-cü il tarixində saat 21:22-də kürək nahiyəsində yanıq xəsarəti ilə 10 günlük körpə (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasına yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, azyaşlıya təcili yardım şöbəsində zəruri ilkin tibbi yardım göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub:
"Ona başın təpə ənsəsinin, boynun arxası, sol kürək nahiyəsi və sol çiyin qurşağının II və III dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Hazırda körpənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
***
Sumqayıtda 13 günlük uşağın üzərinə qaynar su tökülüb
Avtosfer.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 2024-cü il təvəllüdlü (13 günlük) Xanməmmədli Zeynəb Yaşar qızı ehtiyatsızlıqdan yaşadığı evdə üzərinə qaynar su tökülməsi nəticəsində termik yanıq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
(oxu.az)