AZ

Yanıq xəsarətləri alan 10 günlük körpənin son durumu ilə bağlı  AÇIQLAMA

Yanıq Yanıq xəsarətləri alan 10 günlük körpənin son durumu ilə bağlı

19.06.2024-cü il tarixində saat 21:22-də kürək nahiyəsində yanıq xəsarəti ilə 10 günlük körpə (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasına yerləşdirilib.

Bu barədə E-saglam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, azyaşlıya təcili yardım şöbəsində zəruri ilkin tibbi yardım göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub:

"Ona başın təpə ənsəsinin, boynun arxası, sol kürək nahiyəsi və sol çiyin qurşağının II və III dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda körpənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

E-saglam.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
3
e-saglam.az

10Mənbələr