Uels Futbol Assosiasiyası millinin baş məşqçisi Rob Peyclə yolları ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssis 2020-ci ildən millini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 45 oyuna çıxıb, 15 qələbə qazanıb, 15 dəfə heç-heçə edib, 15 oyunda uduzub.
İyun ayında Uels yığması 2 yoldaşlıq oyunu keçirib. Milli Cəbəllütariqlə heç-heçə edib (0:0), Slovakiyaya (0:4) uduzub.