AZ

Milli komandanın baş məşqçisi postundan uzaqlaşdırılıb

Uels yığmasının baş məşqçisi Rob Peyc postunu tərk edib.



Komanda.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.



49 yaşlı uelsli mütəxəssis 2020-ci ildən milli komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında milli 45 oyun keçirib, 15 qələbə qazanıb, 15 dəfə heç-heçə edib, 15 oyunda məğlub olub.



Uels yığması iyun ayında 2 yoldaşlıq oyunu keçirib: Cəbəllütariqlə heç-heçə edib (0:0), Slovakiyaya (0:4) uduzub. Komanda əvvəllər Polşaya pley-offda uduzaraq (0:0, penaltilər 4:5), AÇ-2024-ə vəsiqə qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərRob Peyc Uels

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
komanda.az

10Mənbələr