AZ

Ermənistan Fələstini dövlət kimi tanıdı

Ermənistan Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olunmasında səmimi maraq göstərir.

İrəvan BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəs tələb edən qətnamələrinə qoşulub. Biz inanırıq ki, bu, fələstinlilərin və israillilərin öz qanuni maraqlarını reallaşdırmaları üçün yeganə yoldur. Ermənistan Respublikası beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək, Fələstin dövlətini tanıyır”, - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bununla da Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını açıqlayıb. Ardınca isə İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adlı hərbi əməliyyata başlayıb.

 

 

  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
35
hurriyyet.az

10Mənbələr