Ermənistan Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib.

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in paylaşdığı Xarici İşlər Nazirliyinin bəyanatında Fələstin dövlətinin Ermənistan tərəfindən rəsmən tanındığı bildirilib.

“Ermənistan beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir və Fələstin dövlətini tanıyır”, – bəyanatda deyilir.

Bəyanatda Ermənistanın Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Qəzzada dərhal atəşkəs tələb edən qətnamələri ilə razılaşdığı qeyd edilib və bu ölkənin iki dövlətli həll yolunu dəstəklədiyi vurğulanıb.

İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada isə Ermənistanın İsraildəki səfirinin ölkəsinin Fələstini tanımaq qərarını pisləmək üçün Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.