AZ

İsrail Ermənistan səfirini nazirliyə çağırdı

Verilən bəyanatla Ermənistan Fələstini rəsmən tanıdığını açıqlayıb.

News24.az xəbər verir ki, Ermənistanın Fələstini tanımaq qərarı İsrail tərəfindən qarşılanıb. İsrail Ermənistan səfirini “sərt qınaq” üçün Xarici İşlər Nazirliyinə çağırdığını açıqlayıb.

Ermənistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "Qəzzada fəlakətli humanitar vəziyyət və davam edən münaqişə beynəlxalq siyasi gündəmin həllini tələb edən prioritet məsələlərindən biridir. Ermənistan Respublikası mülki infrastrukturların hədəfə alınmasını rədd edir, mülki şəxslərə qarşı zorakılıq, silahlı münaqişə zamanı mülki şəxslərin girov götürülməsi, saxlanması və “Biz beynəlxalq ictimaiyyətin bu insanların ilkin şərt olmadan azad edilməsi tələbləri ilə razıyıq”.

“Bütün bunlara əsaslanaraq və beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Ermənistan Respublikası Fələstin dövlətini tanıyır”, - bəyanatda deyilir.

Qeyd edək ki, İspaniya, Norveç və İrlandiya mayın 28-də, Sloveniya isə iyunun 4-də Fələstin dövlətini rəsmən tanıyıb. Nəhayət, Ermənistanın da eyni qərarı verməsi ilə Fələstini tanıyan ölkələrin sayı 149-a yüksəlib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
35
news24.az

10Mənbələr