AZ

Ermənistan Fələstini müstəqil dövlət kimi tanıyıb

Ermənistan Xarici İşlər Nazirliyi Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bəyanatda deyilir ki, "müxtəlif beynəlxalq platformalarda Ermənistan həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllinin "iki dövlət” prinsipini dəstəkləyib".

"Biz əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur.

Yuxarıda göstərilənlərə əsaslanaraq və beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Ermənistan Respublikası Fələstin Dövlətini tanıyır”, - bəyanatda deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
35
arqument.az

10Mənbələr