AZ

Ermənistan Fələstinin müstəqilliyini TANIDI

Ermənistan Fələstinin müstəqilliyini tanıyıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

"Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, İsrail və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik", - XİN bəyanatında qeyd olunub.

 

"Biz əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur. Ermənistan Respublikası beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Fələstin dövlətini tanıyır", - Ermənistan XİN bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
35
modern.az

10Mənbələr