AZ

Paşinyan Göyçə gölünə velosipedlə gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə veloyürüş təşkil edib. 365news.az xəbər verir ki, bu barədə o özü Facebook səhifəsində məlumat yayıb. O yazıb: “Bu gün İrəvanda 20 km-lik 4-cü veloyürüşümüz baş tutdu.  Velosiped dostluqdur, velosiped səbirdir, velosiped iradədir.  Yaşasın velosiped. Bu gün biz avqust ayında “Göyçə gölü ətrafında” adlı üçgünlük həvəskar velosiped səyahətini təşkil etmək qərarına gəldik.  İştirakçılar üçün kriteriyalar müəyyənləşəcək və tezliklə dərc olunacaq.  Problem ondadır ki, yürüş iştirakçılarından gündə təxminən 70 km velosiped sürmək tələb olunacaq və iştiraka icazə verilməzdən əvvəl potensial iştirakçının sağlamlığının və bacarıqlarının bunun üçün yetərli olmasını təmin etmək lazımdır”.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
19
news365.az

10Mənbələr