AZ

Paşinyanın başı velosiped sürməyə qarışıb - O, yeni qərarını açıqladı

“Bu gün 4-cü veloyürüşümüz İrəvanda baş tutdu - 20 km. Velosiped dostluqdur, velosiped səbirdir, velosiped iradədir: yaşasın velosiped!”, – Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə yazıb.

O, yeni qərarını da açıqlayıb.

“Bu gün avqust ayında “Sevan ətrafında” adlı üç günlük həvəskar (turist) veloyürüş təşkil etmək qərarına gəldik. İştirakçılar üçün tələblər müəyyən edilərək qısa zamanda ictimaiyyətə açıqlanacaq. Fakt budur ki, yürüş iştirakçıları hər gün təxminən 70 kilometr velosiped sürməli olacaqlar. İştirak etmək qərarı verməzdən əvvəl əmin olmalısınız ki, iştirakçının sağlamlığı və bacarıqları bunu etməyə imkan verir. Gəlin xəbər gözləyək”, - deyə baş nazir bildirib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
19
modern.az

10Mənbələr