AZ

Fələyin çarxı Paşinyanı, o isə velosiped çarxını fırladır - bu dəfə yol Göyçə gölünədər - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Göyçə gölünə velosiped yürüşü planlaşdırır.

Musavat.com xəbər verir ki,  “BBC Azərbaycan” məlumat yayıb.

Ermənistanın baş naziri artıq bir müddətdir ki, İrəvanda bir qrup velosiped həvəskarlarını başına toplayaraq "veloklub"unu yaradıb.

"Bu gün İrəvanda 4-cü veloyürüşümüz oldu, 20 kilometr. Velosiped dostluqdur, səbirdir, iradədir, yaşasın velosiped", - Paşinyan "veloklub"un görüşündə deyib.

O, "veloklub"a qoşulmaq üçün şərtlərini də açıqlayıb. Sıfır siyasət, səhər tezdən qalxmaq bacarığı, əməkdaşlıq, nizam-intizam və nəzakət. Paşinyan həvəskar velosipedçilərlə bir yerdə  Göyçə gölü ətrafında üçü günlük velosiped səyahəti təşkil etmək qərarına gəlib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
19
musavat.com

10Mənbələr