AZ

Bu il Hindistan Azərbaycandan neft alışını 13%-dən çox azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hindistan bu ilin yanvar-may aylarında Azərbaycandan 567 milyon 774 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42 milyon 587 min dollar və ya 7% azdır.

Hesabat dövründə Hindistanın idxal etdiyi neftin həcmi illik müqayisədə 13,2% azalaraq 891 min 896 ton olub.

Qeyd edək ki, bu dövrdə Hindistan Azərbaycanın xam neft ixrac etdiyi üçüncü ölkə olub. Ötən ilin eyni dövründə Hindistan Azərbaycanın ən çox neft ixrac etdiyi dördüncü ölkə idi.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
28
banco.az

10Mənbələr