AZ

AVRO-2024: Danimarka - İngiltərə oyununda hesab açıldı - Yeni

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə hesab açılıb.

Teleqraf.com xəbər verir ki, C qrupunun oyununda ingilislər hesabda önə çıxıb.

19-cu dəqiqədə Harri Keyn fərqlənib.

Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.

***

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü start götürüb.

Frankfurt şəhərindəki "Valdştadion"da başlayan C qrupunun oyununu portuqaliyalı beynəlxalq dərəcəli hakim Artur Diaş idarə edir.

Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
18
teleqraf.com

10Mənbələr