AZ

Həcc ziyarəti zamanı ölənlərin sayı 1000-i KEÇDİ

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı mindən çox insan dünyasını dəyişib.

 

Sfera.az bildirir ki, faciənin geniş miqyas almasına səbəb anormal istilər olub. Ölkədə temperatur 50 dərəcəni keçib. Həcc ziyarətçiləri yemək, su və sığınacaq çatışmazlığından dünyasını dəyişib.

 

"Səudiyyə Ərəbistanında Həcc zamanı ölənlərin sayı mini keçib"- press-relizdə qeyd olunur. Ölənlər arasında Misir, İordaniya vətəndaşları üstünlük təşkil edir.

 

Qeyd edək ki, bir gün əvvəl Səudiyyə Ərəbistanının Məkkə şəhərində 500-dən çox zəvvar dünyasını dəyişib. Həcc ziyarəti iştirakçıları yemək, su və hər kəsi yerləşdirə biləcək sığınacaq çatışmazlığından şikayətlənirlər.

 

Xatırladaq ki, Həcc 14 əsr əvvəl Məhəmməd peyğəmbərin öz ardıcıllarına buyurduğu: milyonlarla müsəlmanın dini ayinləri yerinə yetirmək üçün Məkkəyə getdiyi illik ziyarətdir. Bu dünyanın ən böyük dini ayinlərindən biridir və müsəlmanlar üçün borc sayılır. Bu il Həcc ziyarəti iyunun 14-dən 19-dək davam edir.


İyunun 18-də ən azı 14 iordaniyalı zəvvarın Məkkəyə Həcc ziyarəti zamanı istidən öldüyü bildirilib. Milli Meteorologiya Mərkəzi İslamın ən müqəddəs məkanı olan Məkkədə temperaturun 50 dərəcə Selsiyə çatdığını bildirib.

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
sfera.az

10Mənbələr