İsveçrə Milli Bankı (SNB) aşağı inflyasiya təzyiqləri səbəbindən əsas faiz dərəcəsini 1,50%-dən 1,25%-ə endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkə Mərkəzi Bankının saytında dərc olunan bəyanatda deyilir.
"İsveçrə Milli Bankı (SNB) əsas faiz dərəcəsini 25 baza bəndi azaldıb, 1,25%-ə çatdırır. Məzənnə dəyişikliyi 21 iyun 2024-cü il tarixindən qüvvəyə minir", - məlumatda deyilir.
Mərkəzi bankın açıqlamasında bu qərarın inflyasiya təzyiqlərini azaltmaq üçün qəbul edildiyi bildirilib.