AZ

İsveçrə Mərkəzi Bankı gözlənilmədən faiz dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrə Mərkəzi Bankı proqnozların əksinə olaraq uçot dərəcəsini 25 baza bəndi azaldıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) faiz endirimindən sonra İsveçrə də faiz dərəcələrini aşağı salıb.

İsveçrə Milli Bankı uçot dərəcəsini 25 baza bəndi azaldaraq 1,25 faizə endirib. Bununla da mart ayından sonra yenidən faiz endirimi qərarı qəbul edilib.

İqtisadçıların proqnozu mərkəzi bankın faiz dərəcəsini 1,50 faiz səviyyəsində sabit saxlayacağı istiqamətində idi.

İsveçrə Milli Bankı qərar mətnində zəruri hallarda valyuta bazarına müdaxilə etməyə hazır olduqlarını da bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
4
banco.az

5Mənbələr