AZ

"Zirə"nin Avropa Liqasındakı rəqibi müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi "Zirə"nin də rəqibi bəlli olub.
Səpələnməmişlər səbətində yer alan "Zirə" "Şerif"ə (Moldova) rəqib olub.
Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.
Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar - "Qarabağ" (ÇL)  və "Sabah"la (KL) "Sumqayıt" (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
17
sport24.az

10Mənbələr