AZ

“Zirə”nin Avropa Liqasındakı rəqibi bəlli oldu

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayan püşkatma mərasimində "Zirə" komandasının rəqibi “Şerif” (Moldova) olub.

Xatırladaq ki, "Zirə"nin ilk matçı iyulun 11-i Moldovada keçiriləcək. Cavab görüşü isə iyulun 18-də Bakıda keçiriləcək.

Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar – “Qarabağ” (ÇL)  və “Sabah”la (KL) “Sumqayıt” (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
16
cebheinfo.az

10Mənbələr