AZ

Avropa Liqası: "Zirə"nin rəqibi bu komanda oldu

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
BUTA.TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi "Zirə"nin də rəqibi müəyyənləşib. Səpələnməmişlər səbətində yer alan "Zirə" “Şerif”ə (Moldova) rəqib olub. Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i səfərdə, cavab görüşünü isə iyulun 18-də Bakıda keçirəcək.

Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar - "Qarabağ" (ÇL)və "Sabah"la (KL) "Sumqayıt" (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
17
buta.tv

10Mənbələr