AZ

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Türkiyə

Ankara, 18 iyun, AZƏRTAC

Türkiyə sahillərin və sahil sularının təmizliyini göstərən “mavi bayraq” beynəlxalq ekoloji etiketli çimərliklərin sayına görə dünyada üçüncü yerdədir.

AZƏRTAC Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinə istinadla xəbər verir ki, hazırda ölkədə “mavi bayraqlı” 567 çimərlik fəaliyyət göstərir. Yalnız İspaniya və Yunanıstanda bu göstərici daha yüksəkdir.

Nazirlik xatırladıb ki, hələ 2002-ci ildə nüfuzlu ekoloji etiketə malik Türkiyə çimərliklərinin sayı 140-ı keçməyib və sonrakı illərdə bu, davamlı olaraq artmağa başlayıb.

“Çimərliklərin vəziyyətinin qiymətləndirilməsi beynəlxalq ekspertlər tərəfindən hər ilin may ayında aparılır. Türkiyədə mavi bayraqlı çimərliklərin sayı artır. Bu il də istisna olmadı”, -deyə nazirliyin nümayəndələri bildiriblər.

Çimərliklərdən əlavə, Türkiyədə 27 marina, 18 turist qayığı və 9 özəl yaxta beynəlxalq ekoloji “mavi bayraq” daşıyır.

Türkiyədə fəaliyyət göstərən 1400 çimərliyin hər biri, o cümlədən koordinatlar, yüksək dalğa riski və sahildən su dərinliyi haqqında məlumat xüsusi plaj.csb.gov.tr saytında verilir.

Ramin Abdullayev

AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
3
azertag.az

4Mənbələr