AZ

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Bakı. Trend:

Türkiyə sahillərin və sahil sularının təmizliyini göstərən “mavibayraq” beynəlxalq ekoloji etiketli çimərliklərin sayına görədünyada üçüncü yerdədir.

Trend Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim DəyişiklikləriNazirliyinə istinadla xəbər verir ki, hazırda ölkədə “mavibayraqlı” 567 çimərlik fəaliyyət göstərir. Yalnız İspaniya vəYunanıstanda bu göstərici daha yüksəkdir.

Nazirlik xatırladıb ki, hələ 2002-ci ildə nüfuzlu ekolojietiketə malik Türkiyə çimərliklərinin sayı 140-ı keçməyib vəsonrakı illərdə bu, davamlı olaraq artmağa başlayıb.

“Çimərliklərin vəziyyətinin qiymətləndirilməsi beynəlxalqekspertlər tərəfindən hər ilin may ayında aparılır. Türkiyədə mavibayraqlı çimərliklərin sayı artır. Bu il də istisna olmadı”, -deyənazirliyin nümayəndələri bildiriblər.

Çimərliklərdən əlavə, Türkiyədə 27 marina, 18 turist qayığı və 9özəl yaxta beynəlxalq ekoloji “mavi bayraq” daşıyır.

Türkiyədə fəaliyyət göstərən 1400 çimərliyin hər biri, ocümlədən koordinatlar, yüksək dalğa riski və sahildən su dərinliyihaqqında məlumat xüsusi plaj.csb.gov.tr saytında verilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
3
az.trend.az

4Mənbələr