AZ

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Türkiyə sahillərin və sahil sularının təmizliyini göstərən “mavi bayraq” beynəlxalq ekoloji etiketli çimərliklərin sayına görə dünyada üçüncü yerdədir.

“İki sahil” Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinə istinadla xəbər verir ki, hazırda ölkədə “mavi bayraqlı” 567 çimərlik fəaliyyət göstərir. Yalnız İspaniya və Yunanıstanda bu göstərici daha yüksəkdir.

Nazirlik xatırladıb ki, hələ 2002-ci ildə nüfuzlu ekoloji etiketə malik Türkiyə çimərliklərinin sayı 140-ı keçməyib və sonrakı illərdə bu, davamlı olaraq artmağa başlayıb.

“Çimərliklərin vəziyyətinin qiymətləndirilməsi beynəlxalq ekspertlər tərəfindən hər ilin may ayında aparılır. Türkiyədə mavi bayraqlı çimərliklərin sayı artır. Bu il də istisna olmadı”, -deyə nazirliyin nümayəndələri bildiriblər.

Çimərliklərdən əlavə, Türkiyədə 27 marina, 18 turist qayığı və 9 özəl yaxta beynəlxalq ekoloji “mavi bayraq” daşıyır.

Türkiyədə fəaliyyət göstərən 1400 çimərliyin hər biri, o cümlədən koordinatlar, yüksək dalğa riski və sahildən su dərinliyi haqqında məlumat xüsusi plaj.csb.gov.tr saytında verilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
3
ikisahil.az

4Mənbələr