AZ

NATO-nun baş katibi vəzifəsinə namizəd Macarıstanın Ukraynanı dəstəkləməməsinə icazə verməyə hazırdır

Hollandiyanın baş naziri Mark Rutte Macarıstanın baş naziri Viktor Orbana söz verib ki, o, NATO-nun baş katibi postunu tutsa, Budapeştin Ukraynaya dəstək məqsədilə təşkilatın öz ərazisindən kənarda fəaliyyətində iştirakdan imtina etmək hüququ olacaq. Bu barədə mənbələrə istinadən “The Financial Times” qəzeti yazıb.

İyunun 12-də Orban NATO-nun hazırkı baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bəyan edib ki, iştirakçı ölkələrin hüdudlarından kənarda alyans fəaliyyətlərində iştirak könüllü olmalıdır.

FT-nin məlumatına görə, Ruttenin Şimali Atlantika Alyansının növbəti baş katibi vəzifəsinə namizədliyini hazırda 32 üzv ölkədən 29-u dəstəkləyir, lakin Orbanın mövqeyi ona mane ola bilər. Məlumdur ki, iyunun 17-də axşam saatlarında Rutte və Orban Brüsseldə Avropa İttifaqı liderlərinin şam yeməyi zamanı kənarda görüşüblər.

Mənbə: The Financial Times

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
22
dogru.az

10Mənbələr