AZ

ABŞ dövlət katibinin müavini bu gün İrəvana gələcək

ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma iyunun 17-19-da İrəvana rəsmi səfərdə olacaq və burada yerli idarəetmədə demokratiyaya dair erməni-amerikan konfransında iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin press-relizində bildirilib.

Departament bəyan edib ki, Riçard Verma baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

“Bu səfər bizim erməni xalqı ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətimizi nümayiş etdirir”, - məlumatda deyilir.

Qeyd olunur ki, dövlət katibinin müavini Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarının icma nümayəndələri və ştat rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək. Onu Dövlət Departamentinin yeni yaradılmış çoxmillətli diplomatik komandasına rəhbərlik edən dövlət və bələdiyyə diplomatiyası üzrə xüsusi nümayəndə Nina Xaçiqyan və kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morgenthau müşayiət edəcək.

Nümayəndə heyəti həmçinin dövlət və özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
modern.az

10Mənbələr