AZ

ABŞ dövlət katibinin müavi Paşinyanla İrəvan və Bakı arasında sülh prosesini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibinin müavini Riçard Verma Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması üzrə danışıqlar prosesini müzakirə ediblər. Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Press-relizdə qeyd edillir ki, İrəvanda tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin müzakirəsi, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesi, “Dünyanın kəsişməsi” layihəsi, eləcə də Qarabağdan getmiş köçkünlər üçün bu yaxınlarda təsdiq edilmiş hökumətin mənzil proqramı müzakirə mövzusu olub. “Sonuncu məsələdə Paşinyan beynəlxalq tərəfdaşları dəstəkləməyin vacibliyini vurğulayıb”, - bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Baş nazir Ermənistan-ABŞ strateji dialoqunun ardıcıl inkişafını və çoxsahəli əməkdaşlığın dərinləşməsini vurğulayıb. Paşinyan qeyd edib ki, Vermanın səfəri ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərin, demokratiyanın gücləndirilməsinə və iqtisadi imkanların genişləndirilməsinə yönəlmiş proqramların müzakirəsinə, eləcə də yerli hökumətlər səviyyəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
31
bizimyol.info

10Mənbələr