AZ

Paşinyan onunla Bakı və İrəvan arasında sülh prosesini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Verma ilə görüşüb.

“Cebhe.info”-nun məlumatına görə, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, sərhədlərinin delimitasiyası, “Sülh kəsişməsi” layihəsi, o cümlədən Qarabağdan köçmüş erməni əhalinin mənzillə təmin olunmasına dair bu yaxınlarda təsdiq edilmiş hökumət proqramının icrası ilə bağlı fikir mübadiləsi aparıb.

Nikol Paşinyan mənzil proqramı ilə bağlı beynəlxalq tərəfdaşların dəstəyini vurğulayıb.

Nikol Paşinyan və Riçard Verma bu il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan-Avropa İttifaqı-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.

Baş nazir Ermənistan-ABŞ strateji dialoqunun ardıcıl inkişafının və çoxsahəli əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib.

Riçard Verma ABŞ-nin  Ermənistanla müxtəlif sahələrdə, o cümlədən yerli hakimiyyət orqanları və icmalar arasında, iqtisadiyyat, təhsil və digər sahələrdə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
31
cebheinfo.az

10Mənbələr