AZ

"Valensiya" onun üçün 29 milyon avro ödəyəcək

"Mançester Yunayted"in vingeri Meyson Qrinvud karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Mirror”a istinadən məlumatına görə, "Valensiya" ingilis futbolçu üçün "qırmızı şeytanlar"a 25 milyon funt-sterlinq (29 milyon avro) təklif edib. 

22 yaşlı futbolçunun özü də karyerasını İspaniyada davam etdirmək istədiyi bildirilir.

Xatırladaq ki, ötən mövsüm  icarə əsasında “Xetafe”də çıxış edən Qrinvud bütün turnirlərdə 36 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
19
90deqiqe.az

10Mənbələr