AZ

Lyayen yenidən Avropa Komissiyasının sədri OLACAQ?

Almaniya hökuməti iyunun 17-də Aİ liderlərinin görüşündə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ikinci müddətə namizədliyini irəli sürəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb .

Beləliklə, Almaniya kansleri Olaf Şolzun Lyayenin namizədliyini dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, martın 7-də Avropa Xalq Partiyasının Buxarestdə keçirilən qurultayında fon der Lyayenin Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürülüb. Avropa İttifaqının əsas sənədlərinə görə, AK rəhbəri Aİ-nin sammitində Avropa İttifaqı liderlərinin qərarı ilə təyin olunur və AP-də gizli səsvermə yolu ilə təsdiqlənir.

Bizim.Media

Seçilən
123
47
bizim.media

10Mənbələr