AZ

Balaxanıda 18 yaşlı gənc qətlə yetirildi: saxlanılan var - YENİLƏNDİ

Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşıdını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb”, – məlumatda diqqətə çatdırılıb.

Hadisənin, ilkin məlumata görə, şəxsi münasibətlər zəminində baş verdiyi vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
113
6
oxu24.com

10Mənbələr