AZ

Musa Qurbanlının "Qarabağ"a qayıdışı rəsmiləşib

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Azərbaycan çempionu Musa Qurbanlını heyətinə cəlb edib.

22 yaşlı forvardla üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-cu ildən komandanın formasını geyinib. Forvard 2020/2021 mövsümünün ikinci hissəsini icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan Ağdam klubunun uğurları üçün çalışan gənc hücumçu 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Qeyd edək ki, Musa Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
21
cbcsport.az

10Mənbələr