AZ

Musa Qurbanlı “Qarabağ”a qayıtdı


“Qarabağ” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb: komanda hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilir ki, klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Qeyd edək ki, Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib. Klubun yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
21
yeniavaz.com

10Mənbələr