AZ

Musa Qurbanlı "Qarabağ"da

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, klub hücumçu Musa Qurbanlını heyətinə cəlb edib. Ağdamlılarla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-20-ci illərdə "köhlən atlar"ın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.


Qeyd edək ki, o, Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
21
football-plus.az

10Mənbələr