AZ

DünyaAlmaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim etdi

SİZİN REKLAM BURADA!055 213 76 73

Almaniya Kiyevə verilən silahların siyahısını yeniləyib, bu siyahıya Danimarka ilə birgə layihə çərçivəsində Ukraynaya göndərilən 10 ədəd "Leopard 1A5" tankı, 20 "Marder" piyadalarının döyüş maşını, həmçinin bir "IRIS-T SLM" və bir "IRIS-T SLS" hava hücumundan müdafiə sistemi daxildir.

Bu barədə Almaniya hökumətinin saytına məlumat yerləşdirilib.

Yeni paketə həmçinin üç "HIMARS" reaktiv yaylım atəşi sistemi, iki "Biber" körpüquran maşını, iki "Dachs" mühəndis tankı, dörd "Wisent 1" mina təmizləmə zirehli maşını, "Bergepanzer 2" zirehli təmir və evakuasiya maşını, 21 min 155 mm-lik artilleriya mərmisi, "Leopard" tankları və "Marder BMP"-ləri üçün sursatlar, pilotsuz təyyarə əleyhinə sensorlar daxildir.

Bundan əlavə, siyahıya vertolyotlar üçün üç "AMPS" raketəleyhinə sistem, 16 "Zetros" yanacaq doldurma maşını, 100  ədəd "MK 556" avtomatik tüfəngi, patronlarla birlikdə 85 ədəd "HLR 338" snayper tüfəngi, 100 ədəd "CR 308" tüfəngi, əl silahları üçün 4 milyon patron daxildir.

Almaniya ABŞ-dən sonra Ukraynaya ən çox silah tədarük edən ikinci ölkədir. Ümumilikdə, Almaniya bu günə qədər Kiyevə hərbi dəstək üçün təxminən 28 milyard avro məbləğində vəsait ayırıb və gələcək xərclərə dair öhdəliklər götürüb.

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
19
far.az

10Mənbələr