AZ

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi 38 % azalıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 7 milyard 494 milyon 794 min manat olub.

Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 4 milyard 605 milyon 565 min manat, yaxud da 38 % azdır. 

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 2023-cü yanvar-may aylarında 12 milyard 100 milyon 359 min manat olub. Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracının həcmi 40,1 % azalaraq  6 milyard 452 milyon 287 min manat olub.

Azərbaycanın Avropa İttifaqı ölkələrindən idxalının həcmi 1 milyard 42 milyon 507 min manat olub.  

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 4 milyard 409 milyon  619 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 42 % azdır. Azərbaycanın İtaliyaya ixracının həcmi 4 milyard 228 milyon  930 min manat olub, bu da 2023-cü illə müqayisədə 42,9 % azdır. Azərbaycanın İtaliyadan idxalının həcmi isə 180 milyon 689 min manat təşkil edib, bu da 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 1,2 % çoxdur. 

Hesabat dövründə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 632 milyon 350 min manat olub. Bu da 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 18,8 % azdır. Azərbaycanın Almaniyaya ixracının həcmi 16 % azalaraq 311 milyon 447 min manat olub. Azərbaycanın Almaniyadan idxalın həcmi 320 milyon 902 min manat olub, bu da 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 13,4 % azdır. 

2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 371 milyon 667 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 11,2 % çoxdur. Azərbaycanın Çexiyaya ixracının həcmi 8,5 % azalaraq 349 milyon 588 min ABŞ dollar təşkil edib. Hesabat dövründə Azərbaycanın Çexiyaya idxalının həcmi 22 milyon 79 min manat təşkil edib. Bu da 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 40 % azdır. 

Hesabat dövründə Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsinin həcmi 242 milyon 531 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 78,3 % çoxdur. Azərbaycanın Bolqarıstana ixracının həcmi 229 milyon 670 min ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 84,5 % çoxdur. Azərbaycanın Bolqarıstandan idxalının həcmi 9 % artaraq 229 milyon 670 ABŞ dolları təşkil edib. 

Azərbaycanla Xorvatiya arasında ticarət dövriyyəsinin həcmi 276 milyon 904 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 143,7 % çoxdur. Azərbaycanın Xorvatiyaya ixracının həcmi 276 milyon 904 min ABŞ dollar olub ki, bu da illik müqayisədə 147,2 % çoxdur, Xorvatiyadan ölkəyə idxalın həcmi isə 2 % azdır.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
19
valyuta.az

10Mənbələr