AZ

Bu il BƏƏ-nin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 190 milyon 686 min dollar təşkil edib

2024-cü ilin I rübündə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 190 milyon 686 min dollar təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə və ya 136 milyon 343 min dollar çoxdur. 2023-ci ilin I rübündə BƏƏ-nin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 54 milyon 343 min dollar təşkil edib.

Xatırladaq ki, cari ilin I rübündə Azərbaycandan BƏƏ-nin iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 65 milyon 787 min dollar təşkil edib ki, bu da ötən ilin I rübü ilə müqayisədə 3 dəfə çoxdur.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1 milyard 508 milyon dollar, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi isə 330 milyon 451 min dollar təşkil edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
47
fins.az

10Mənbələr