AZ

Ziyarətdə ölən 4 yaşlı körpə: "Həcc ziyarəti uşaqlar üçün vacib deyil, islam ağıl dinidir" -İlahiyyatçı

Sosial şəbəkələrdə dörd yaşlı azərbaycanlı uşağın Məkkədə Həcc ziyarəti zamanı həyatını itirdiyi haqqında məlumat yayılmışdı. Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb ki, həmin uşaq azərbaycanlı deyil. "Məkkədə Həcc ziyarəti zamanı vəfat edən dörd yaşlı uşaq azərbaycanlı deyil" Bildirilib ki, məlumat həqiqəti əks etdirmir: "Azərbaycanlı zəvvarlar arasında dörd yaşlı uşaq yoxdur. Yayılan informasiyaya görə, vəfat edən uşaq misirli olub". Bəs görəsən uşaqların Həcc ziyarətinə getməsi doğrudur?

Məsələ ilə bağlı ilahiyyatçı Əhməd Niyazov Sonxeber.az-a açıqlama verib.

İlahiyyatçı bildirib ki, Həcc ziyarəti uşaqlar üçün vacib deyil.

"Həcc ziyarəti müəyyən şərtlər daxilində yerinə yetirilən ziyarətdir. Onun şərtlərindən biri də həddi-buluğ yaşından aşağı olan uşaqlar üçün vacib deyil Buna görə də valideyn həddi-buluğ yaşına çatmamış övladını Həcc ziyarətinə aparsa belə , o uşaq Həcc ziyarətini bacarsa belə, bu ziyarət nafilə hesab olunur. Yəni həddi-buluğ yaşına çatan zaman bu vaciblik məsələsi üzərindən düşmür. O uşaq böyüdüyü zaman da ömürdə bir dəfə Həcc ziyarətinin vacibliyini yerinə yetirməlidir. Yəni uşaq vaxtı belə getmiş olsa, böyüdüyü zaman yenidən getməlidir.

Uşaqlar üçün Həcc ziyarəti vacib deyil. Valideyn uşağı yanlarında apardığı zaman, uşağın niyyət etməyə gücü çatsa, bunun savabi var, amma vaciblik xüsusiyyəti yoxdur. Həmin uşağın gələcək həyatında ömründə bir dəfə imkanı çatsa gələcəkdə Həcc ziyarətinə yenə getməlidir. Valideyn çalışmalıdır ki, bu ziyarətdə uşaqlara zərər gələcək hər hansı bir şey baş verməsin Əgər uşaqlara hər hansısa bir zərər gələcəksə onların məsuliyyətini daşayacaq. Buna diqqət etməlidir. İslam ağıl dinidir. Məntiqə ağıla görə insan hərəkət etməlidir. Özünün və ibadətlərinin savablarını azaldacaq əməllərdən çəkinməlidir. İslam məsuliyyət dinidir. Məsuliyyəti hər zaman düşünmək lazımdır. Ona görə də ibadətləri yerinə yetirmək lazımdır".

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarlar arasında ən kiçiyi 2013-cü il təvəllüdlüdür.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
big.az

10Mənbələr