AZ

Azərbaycanda bu il 33 575 körpə doğulub, onlardan 1104-ü əkiz, 45-i üçəmdir

2024-cü ilin yanvar-aprel aylarında 33 575 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq, 11,1-dən 10,0-a düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub.

Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.

Mənbə: report.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
27
report.az

10Mənbələr