AZ

İstanbul Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 20 faiz artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin may ayında Türkiyənin İstanbul Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz arataraq, 16 milyon 209 min 172 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 22 faiz artaraq, 7 milyon 637 min 743 nəfər, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 8 milyon 571 min 429 nəfər təşkil edib.

2024-cü ilin may ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 164 min 626 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 48 min 756 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz artaraq, 115 min 870 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin may ayı ilə müqayisədə 10 faiz artaraq, 96 min 769 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 8 faiz artaraq 44 min 832, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 51 min 937 olub.

Bu ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 81 milyon 31 min 948 nəfər, yük dövriyyəsi isə 1 milyon 778 min 150 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
9
turkic.world

10Mənbələr