AZ

Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 12 % artıb

2024-cü ilin may ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz arataraq, 1 milyon 144 min 110 nəfər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 1 milyon 55 min 78 nəfər, beynəlxalq reyslər üzrə isə 89 min 32 nəfər olmaqla dəyişiklik baş verməyib.

2024-cü ilin may ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 9 min 590 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 7 min 919 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 3 faiz artaraq, 1 671 ton təşkil edib.

Hava limanından 2024-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin may ayı ilə müqayisədə heç bir dəyişiklik yaşanmadan, 8 min 383 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı bir faiz artaraq 7 min 197, beynəlxalq reyslər üzrə isə beş faiz azalaraq 1186 olub.

Bu ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 81 milyon 31 min 948 nəfər, yük dövriyyəsi isə 1 milyon 778 min 150 ton təşkil edib.

2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
9
fins.az

10Mənbələr