AZ

Esenboğa Hava Limanında sərnişin və yükdaşıma göstəriciləri artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin may ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz arataraq, 4 milyon 960 min 984 nəfər olub.

TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 3 milyon 791 min 270 nəfər, beynəlxalq reyslər üzrə isə 34 faiz artaraq 1 milyon 169 min 714 nəfər təşkil edib

2024-cü ilin may ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 45 min 871 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 28 min 756 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 23 faiz artaraq, 17 min 115 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin may ayı ilə müqayisədə 9 faiz artaraq, 38 min 845 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq 29 min 206, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 9 min 639 olub.

Bu ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 81 milyon 31 min 948 nəfər, yük dövriyyəsi isə 1 milyon 778 min 150 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
9
turkic.world

10Mənbələr