Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən dönərxanada başlayan yanğın söndürülüb.
Bu barədə Doğru.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən digər ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Xatırladaq ki, 13:00 radələrində Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanğın baş vermiş, əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunmuşdu.
Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.
Doğru.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
DOĞRU.AZ