2022-ci ildən bəri Ukraynanın Donetsk vilayətinin işğal olunmuş hissəsinə 100 minə yaxın miqrant daxil olub.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, söhbət Şimali Qafqaz, Orta Asiya, xüsusən də Tacikistan və Özbəkistandan olan əhalidən gedir.
Bildirilir ki, miqrant axınının miqyası o qədər böyükdür ki, işğal administrasiyası vəziyyətə nəzarəti itirməyə başlayıb və regionda cinayətkarlıq xeyli artıb.
Qeyd olunub ki, administrasiya bununla mübarizə aparmağa çalışır, lakin hələlik heç bir nəticə yoxdur.