AZ

Silahlı dəstələr Qəzza banklarından azı 120 milyon dollar oğurlayıb

Bəziləri Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən dəstəklənən silahlı dəstələr son iki ayda Qəzza zolağının banklarından təxminən 120 milyon ABŞ dolları həcmində nağd pul oğurlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin əldə etdiyi BMT hesablamalarına görə, HƏMAS tərəfindən qismən dəstəklənən dəstələr Qəzzanın şimalında yerləşən bank kassalarından nağd pulun azı üçdə birini oğurlayıblar. Bildirilir ki, maliyyə qurumları oğurlanmanın qarşısını almaq üçün əvvəlcədən ayrı-ayrı seyfləri beton konstruksiyalarla əhatələndirməklə 240 milyon ABŞ dollarına yaxın vəsaiti qoruya biliblər.

Ən böyük bank qarətləri aprelin 17 və 18-də baş verib. Bundan bir qədər əvvəl Fələstin Bankı filiallarından birinin anbarına beton töküb. Lakin hadisə şahidinin sözlərinə görə, dəstə aprelin 17-də onu partladıb və həmin gün 31 milyon ABŞ dolları oğurlanıb. Aprelin 18-də isə silahlı qruplar təxminən 36 milyon dollarlıq ikinci böyük oğurluğu həyata keçirərək pulun Qəzzada ən yüksək orqanın göstərişi ilə müsadirə edildiyini iddia ediblər.

Qəzet qeyd edir ki, soyğunlar fonunda İsrail rəsmiləri oğurlanmış vəsaitlərin bir hissəsinin HƏMAS yaraqlıları tərəfindən istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər. Xatırladılıb ki, İsrail daha əvvəl Qəzza zolağına nağd pul idxalına məhdudiyyətlər qoyub və bu, qıtlığa səbəb olub. İddialara görə, yerli sakinlər Qəzza zolağının mərkəzi hissəsində bankomatdan istifadə etmək üçün pul ödəməli olurlar və orada yalnız bir neçə işlək nağd pul aparatı qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
azpolitika.info

10Mənbələr