AZ

Rusiyanın atom sualtı qayığı KUBA SAHİLLƏRİNDƏ – FOTO

Rusiyanın Şimal donanmasına aid 4 gəmi dünəndən etibarən Kubaya çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Admiral Qorşkov freqatı, “Kazan” atom sualtı qayığı, xilasedici gəmisi “Nikolay Çiker” və tanker “Akademik Paşin” səfər üçün Kubaya gəlib. Rusiya nümayəndə heyətinə Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahının əməliyyat şöbəsinin rəisi, vitse-admiral M.A.Neupokoyev sədrlik edir"

Bildirilib ki, rusiyalı ekipaj Kubada keçiriləcək bir sıra protokol tədbirlərində iştirak edəcək.

Bundan əlavə istirahət edib, yerli turistik yerlərlə tanış olmaq imkanı əldə edəcəklər.



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
15
bizim.media

10Mənbələr