AZ

ABŞ avqustun 13-dək Moskva Birjası, NSD və NCC ilə əməliyyatlara icazə verdi

ABŞ Maliyyə Nazirliyi avqustun 13-dək Moskva Birjası, Milli Klirinq Mərkəzi (NCC) və Milli Hesablaşma Depozitarisi (NSD) ilə əməliyyatlara icazə verib. 

Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin sənədində deyilir.

Eyni müddət Moskva Birjasından qiymətli kağızların çıxarılması üçün də müəyyən edilir.

Bundan əvvəl ABŞ Xəzinədarlığı Moskva Birjasına və birjada valyuta əməliyyatlarında vasitəçi kimi çıxış edən Milli Klirinq Mərkəzinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlamışdı.

Rusiya Federasiyası Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqin ABŞ-ın sanksiyalarından sonra Moskva birjasının dollarla işləməsi üçün yeni formatın tətbiqinə icazə verib.

Sonradan məlum olub ki, Moskva birjası ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə iyunun 13-dən etibarən ABŞ dolları və avro ilə ticarəti dayandıracaq. Moskva Birjası vurğulayıb ki, valyuta bazarında və qiymətli metallar bazarında ticarət ABŞ dolları və avro ilə valyuta cütləri istisna olmaqla, bütün alətlər üzrə aparılacaq.

SberCIB Investment Research-in valyuta və faiz bazarları üzrə strateqi Yuri Popov ABŞ-ın Moskva birjasına qarşı yeni sanksiyalarının rublun məzənnəsinə necə təsir edəcəyini qiymətləndirib. Onun fikrincə, yeni sanksiyalar ortamüddətli perspektivdə Rusiya valyutasının məzənnəsinə təsir etməməlidir.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
23
valyuta.az

10Mənbələr