AZ

Mərkəzi Bank ABŞ-ın Moskva Birjasına qarşı sanksiyalarına cavab verib

Rusiya Mərkəzi Bankı öz press-relizində bildirib ki, Moskva birjası ABŞ Xəzinədarlığının sanksiyaları səbəbindən dollar və avro ilə birja ticarətini dayandırır.

 

Oxu24.com xəbər verir  ki, "ABŞ dolları və avro ilə əməliyyatlar birjadankənar bazarda davam etdiriləcək", - məlumatda deyilir.

Qeyd olunur ki, Mərkəzi Bank dollar və avronun rubla nisbətdə məzənnələrini müəyyən etmək üçün bank hesabatlarından və rəqəmsal birjadankənar ticarət platformalarından alınan məlumatlardan istifadə edəcək. Rusiya bankları vasitəsilə valyuta alqı-satqısının davam edəcəyi, dollar və avrodakı vəsaitlərin təhlükəsiz qaldığı vurğulanır.

Bundan əvvəl məlum olmuşdu ki, Moskva birjası ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə iyunun 13-dən etibarən ABŞ dolları və avro ilə ticarəti dayandıracaq. Moskva birjası sabahdan etibarən valyuta bazarında və qiymətli metallar bazarında ABŞ dolları və avro ilə valyuta cütləri istisna olmaqla, bütün alətlər üzrə ticarətin aparılacağını vurğulayıb.

Daha əvvəl Putin Qərbin sanksiyalarının Rusiyaya mane olduğunu bildirmişdi.

 

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
23
oxu24.com

10Mənbələr