AZ

Bolqarıstanın istilik elektrik stansiyasının ərazisində ukraynalı saxlanılıb

Bolqarıstan baş prokurorunun müavini Xristo Krastev bildirib ki, Starozaqora rayonundakı İES ərazisində Ukrayna vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.

 

Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.

 

“Axtarış zamanı dronlar, mobil telefonlar, kameralar, SİM kartlar və yaddaş kartları aşkar edilib. O, dövlət sirri təşkil edən məlumatları xarici dövlətə təqdim etmək məqsədilə toplamaqda ittiham olunaraq 72 saat həbs edilib”, - Krastev bildirib.

 

Onun sözlərinə görə, 23 yaşlı ukraynalı İES-in mühafizəçiləri tərəfindən saxlanılıb.

 

Bundan əvvəl xəbər verilirdi ki, Xerson vilayətində Kiyev üçün casusluqda iştirak edən 54 yaşlı ukraynalıya hökm çıxarılıb.

 

İstintaqın məlumatına görə, həmin şəxs 2022-ci ilin martından noyabr ayına qədər Ukrayna Təhlükəsizlik Xidmətində (SBU) işləyib və onun üçün Rusiya qoşunlarının və vilayət administrasiyasının əməkdaşlarının yeri barədə məlumat toplayıb.

 

Saldo ümid etdiyini bildirib ki, bu iş potensial hücumçulara Rusiyaya qarşı işləməyin həbslə dolu olduğunu göstərəcək. O, həmçinin vətəndaşlardan Ukrayna xüsusi xidmət orqanları onlarla əlaqə saxlamağa cəhd edərsə, FSB ilə əlaqə saxlamağı xahiş edib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
23
oxu24.com

10Mənbələr