AZ

Hakan Fidan Sergey Şoyqu ilə nələri müzakirə etdi...

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik mənbələrin məlumatına görə, görüş zamanı tərəflər Suriya və Qəzzadakı vəziyyəti, Azərbaycanla Ermənistan arasında hazırkı prosesləri, eləcə də Ukraynada gedən müharibəni müzakirə ediblər.

Fidan Moskvaya səfəri zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narşkinlə də görüşüb.

Türkiyə xarici işlər nazirinin Rusiya-Türkiyə İş Adamları Dərnəyinin (RTİB) təşkil etdiyi tədbirdə iştirak etdiyi də bildirilir.

Hakan Fidan daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə də görüşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
25
modern.az

10Mənbələr